28/02/2020
12:59
2910
| A A A
UEFA-nın yeni reytinqi açıqlandı

Azərbaycanın UEFA reytinqindəki yekun mövqeyi bəlli olub.

Goal.az xəbər verir ki, Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunlarından sonra siyahı yenilənib.

Ölkəmiz əvvəlki kimi 26-cı yerdə qərarlaşıb. Son 5 ilin nəticələrinə görə 18,750 xala malik Azərbaycan ən yaxın izləyicisi Bolqarıstandan 1,375 xal öndədir. Ölkəmiz 25-ci olan Belarusdan isə 0,125 xal geri qalıb.

Qeyd edək ki, İspaniya 98,997 xalla siyahıda birincidir.