17/03/2020
15:22
3476
| A A A
Çin futbolu bərpa olunur

Koronavirus pandemiyasına görə təxirə salınan Çin Super Liqasının başlayacağı vaxt məlum olub.

Goal.az xəbər verir ki, Çində yeni mövsümə aprelin 18-də start veriləcək. Daha əvvəl başlanması fevralın 22-nə nəzərdə tutulan Super Liqa, koronavirus pandemiyasına görə təxirə salınmışdı.

Yeni mövsümün açılış matçında “Tsindao Haynyu” ilə “Şitszçjuan Yunçan” üz-üzə gələcək.