17/03/2020
18:26
5671
| A A A
UEFA avrokuboklarla bağlı qərar verdi

UEFA koronavirus pandemiyasına görə dayandırılan Çempionlar Liqası (ÇL) və Avropa Liqası (AL) ilə bağlı qərar verib.

Goal.az xəbər verir ki, Avropa futbol qurumu hər iki turnirin 2020-ci ildə başa çatdırılmasını istəyir. Bu qərar 55 üzv milli assosiasiya ilə bugünkü video-konfransda açıqlanacaq.

Qərara əsasən, Çempionlar Liqası və Avropa Liqası matçları pandemiyanın təsiri azaldıqdan sonra qaldığı yerdən davam edəcək. UEFA AL-in final oyununun mayın 27-dən iyunun 24-nə, ÇL-in həlledici qarşılaşmasının isə mayın 30-dan iyunun 27-nə keçirilməsinə qərar verib. Görüşlər müvafiq olaraq Polşanın Qdansk və Türkiyənin İstanbul şəhərlərində olacaq.

Avrokuboklar əvvəlcədən müəyyən olunmuş vaxtdan gec qurtaracağı üçün bu yay keçirilməli olan Amerika Kuboku da təxirə salınıb. UEFA bunu sözügedən turnirdə iştirak edən yığmaların üzvlərinin Avropa klublarında oynaması ilə əlaqələndirib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8547 səs