18/03/2020
18:49
1620
| A A A
UEFA Gənclər Liqasını dayandırdı

UEFA Gənclər Liqasında 1/8 və 1/4 final mərhələlərinin 17 - 20 apreldə keçirilməsi planlaşdırılan oyunları təxirə salınıb.

Goal.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə bu qərar verilib.

Oyunların yeni tarixi barədə qarşıdakı günlərdə məlumat veriləcəyi qeyd olunub.