21/03/2020
18:41
2443
| A A A
Yığmanın əfsanəvi futbolçusu dünyasını dəyişdi

Argentina yığmasının sabiq qapıçısı Amadeo Karriso dünyasını dəyişib.

Goal.az xəbər verir ki, “River Plate”in əfsanəvi futbolçusu 93 yaşında vəfat edib.

Karriso 1945-ci ildən 1968-ci ilə qədər “River Plate”də forma geyinib. O, bu komanda ilə 5 dəfə Argentina çempionu olub.

1954-1964-cü illər aralığında Argentina millisində 20 rəsmi oyuna çıxan Amadeo, bu ölkənin ən yaxşı qapıçılarından hesb olunur. Təsadüfi deyil ki, Argentina parlamenti 2011-ci ildə onun dünyaya gəldiyi 12 iyun tarixini bu ölkədə milli qapıçılar günü elan edib.