22/03/2020
10:00
2615
| A A A
Real Madrid-in sabiq prezidenti koronavirusdan öldü

Real Madrid-in koronavirusa yoluxan sabiq prezidenti Lorenzo Sanz vəfat edib.

Goal.az xəbər verir ki, bir həftədir koronavirus simptomları ilə xəstəxanaya yerləşdirilən 76 yaşlı keçmiş futbol funksioneri bir qədər əvvəl ölüb.

Qeyd edək ki, Sanz 1995-2000-ci illərdə Madrid klubunun prezidenti olub. Klub onun rəhbərliyi ilə 2 dəfə UEFA Çempionlar Liqası, 1 dəfə FİFA Klublararası Dünya Çempionluğu, 1 dəfə La Liga çempionluğu və 1 dəfə İspaniya Superkubokunu qazanıb.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8532 səs