08/04/2020
11:05
2293
| A A A
Ronaldinyo azadlığa buraxıldı

Braziliya futbol yığmasının keçmiş yarımmüdafiəçisi Ronaldinyo Paraqvay həbsxanasını tərk edib.

Goal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Ronaldinyo həbs cəzasından azad edilib və hazırda Asunsyon mehmanxanasında ev dustaqlığındadır. Beləliklə, sabiq futbolçu həbsxanada 1 ay keçirib.

Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Asunsyon aeroportunda saxta pasportlar təqdim etdiklərinə görə həbs olunmuşdular. Martın 5-də Paraqvayın baş prokuroru braziliyalının həbsinə order verib. Amma növbəti gün sabiq futbolçu həbsdən azad edilib.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5450 səs