13/05/2020
13:55
644
| A A A
"The Best" mükafatlandırma mərasimini ləğv edildi

FIFA sentyabrda İtaliyanın Milan şəhərində keçirilməsi planlaşdırılan ən yaxşı futbolçuların mükafatlandırma mərasimini ləğv edib.

Goal.az Marca-ya istinadən xəbər verir ki, qurum bu il ən yaxşı oyunçunu müəyyənləşdirməyəcək.

Qeyd edək ki, 2019-cu ildə bu mükafatı Argentina millisinin və "Barcelona"nın futbolçusu Lionel Messi alıb. "France Football" nəşri builki Qızıl Top mükafatla bağlı qərar verməyib, UEFA da Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı ənənəvi mərasimin olacağını açıqlamayıb.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5569 səs