18/05/2020
19:40
418
| A A A
Şotlandiya Premyer Liqasının çempionu müəyyənləşdi

Koronavirus pandemiyasına görə dayandırılan Şotlandiya Premyer Liqasına yekun vurulub.

Goal.az xəbər verir ki, bu barədə yerli federasiya məlumat yayıb.

Liqa rəhbərliyi ilə klubların görüşündən sonra çempionatın başa çatdırılmasının mümkün olmaması qənaətinə gəlinib. Ən yaxın izləyicisi "Rangers"i 13 xal qabaqlayan lider "Celtic" çempion elan olunub. Bununla da Qlazqo təmsilçisi tarixində 9-cu dəfə ölkə çempionu olub.

Turnir cədvəlinin sonuncusu "Hearts" aşağı liqaya düşüb.

Qeyd edək ki, Şotlandiya Premyer Liqası martın 13-ü, sona 8 tur qalmış dayandırılmışdı.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5570 səs