19/05/2020
11:18
429
| A A A
Avropada daha bir çempionatın bərpa tarixi açıqlandı

Koronavirus pandemiyası səbəbindən dayandırılan Yunanıstan Superliqasının bərpa tarixi açıqlanıb.

Goal.az xəbər verir ki, çempionat iyunun 6-da qaldığı yerdən davam etdiriləcək.

Qərar yüksək liqada çıxış edən klubların birgə razılığı ilə qəbul olunub.

Qeyd edək ki, Yunanıstan Superliqasında mövsümün normal hissəsi artıq başa çatıb. İlk "6-lıq"da qərarlaşan komandalar - "Olimpiakos", PAOK, AEK, "Panatinaikos", "Aris" və OFİ pley-offda mübarizə aparacaqlar. (Report)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5571 səs