Stamın yeni klubu müəyyənləşdi
Niderlandlı məşqçi Yaap Stamın yeni iş yeri müəyyənləşib.
Goal.az xəbər verir ki, 47 yaşlı müəəxəssis MLS təmsilçisi Cincinatti-yə baş məşqçi təyin olunub.
Bu barədə ABŞ klubunun rəsmi saytı məlumat yayıb. Stam Ohayo təmsilçisi ilə 2021-ci ilin 31 dekabrına kimi müqavilə imzalayıb.
Stam son olaraq Niderlandın Feyenoord klubunu çalışdırıb. O, 2019-cu ilin oktyabrından işsiz idi.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR