06/07/2020
12:22
2066
| A A A
Xavi yeni müqavilə bağladı

Qətərin “Al-Sadd” klubunun baş məşqçisi Xavi Ernandesin “Barcelona”nı çalışdıracağına dair xəbərlərin özünü doğrultması ehtimalı azalıb.

Goal.az xəbər verir ki, ispaniyalı mütəxəssis Qətər təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Xavinin yeni sözləşməsi 2020/21 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, “Barcelona”nın əfsanəvi futbolçusunun yeni mövsümdən sabiq komandasını çalışdırması ilə bağlı razılıq verdiyi, onun Kike Setyeni əvəzləyəcəyi bildirilirdi. Xavi “Barcelona"nın yetirməsidir və 17 il bu komandanın şərəfini qoruyub. O, karyerasının son 4 ilini isə “Al-Sadd”ə keçirib. Xavinin komandası ötən il Qətər kubokunun sahibi olub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13163 səs