02/08/2020
12:53
5066
| A A A
"Qızıl buts"un sahibi məlum oldu

Lazio-nun futbolçusu Çiro İmmobile A seriyasında bombardirlik rekordunu yeniləyib və "Qızıl buts" mükafatını qazanıb.

Goal.az xəbər verir ki, 30 yaşlı oyunçu buna 38-ci turda Napoli ilə matçda (1:3) nail olub. O, 22-ci dəqiqədə fərqlənməklə 1 mövsümdə vurduğu qolların sayını 36-ya çatdırıb. İmmobile bununla da Napoli-nin sabiq futbolçusu Qonzalo İquainin 2015-2016-cı illər mövsümündəki rekordunu yeniləyib.

Bundan əlavə italiyalı oyunçu Avropa çempionatlarının ən məhsuldar futbolçusu kimi "Qızıl buts" mükafatını qazanıb.

Qeyd edək ki, bu mövsüm ən çox qol vuran 2-ci futbolçu Bayern-dən Robert Levandovski (34 qol), 3-cü isə Juventus-dan Kriştiano Ronaldo (31 qol) olub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
13073 səs