15/09/2020
15:58
830
| A A A
UEFA Superkubokunun hakim təyinatları bilindi

UEFA Superkubokunda Bayern Münich və Sevilla arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, matçın baş hakimi İngiltərə Futbol Federasiyasından Entoni Teylor olacaq. Ona həmyerliləri Qeri Bisuik və Adam Nann köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Orel Qrinfild yerinə yetirəcək.

Qeyd edək ki, UEFA Superkuboku sentyabrın 24-ü Budapeştdə keçiriləcək.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19359 səs