24/10/2020
11:08
1206
| A A A
Məşhur baş məşqçi karyerasını bitirdi

İtaliya millisinin sabiq çalışdırıcısı Marçello Lippi məşqçilik karyerasını başa vurub.

Goal.az xəbər ki, bu barədə 72 yaşlı mütəxəssis açıqlamasında bildirib: “Məşqçiliyə qəti olaraq son qoymuşam. Ancaq futbolun içində digər vəzifələrdə çalışa bilərəm. Ancaq yaza qədər heç işləməyəcəm".

Qeyd edək ki, Lippi 1982-ci ildə məşqçiliyə başlayıb. O, karyerası ərzində Siena, İnter, Napoli və digər İtaliya klublarında çalışıb. Lippi 2016-cı ildə İtaliya millisi ilə dünya çempionu olub. Juventus-la iki dəfə İtaliya çempionu olub və bir Çempionlar Liqasının baş mükafatını qazandırıb. İtaliyalı mütəxəssisin son iş yeri Çin millisi (2016-2019) olub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21407 səs