21/11/2020
17:24
1763
| A A A
Latviyada çempion bəlli oldu

Latviya çempionatında bu mövsümün qalibi müəyyənləşib.

Goal.az xəbər verir ki, Riga mövsümün başa çatmasına iki tur qalmış qızıl medalları təmin edib.

Buna liderin əsas izləyicisi RFS-in səfərdə Liepaya-ya 0:1 hesablı məğlubiyyəti də şərait yaradıb. 25 oyuna 69 xal toplayan Riga son iki turda uduzsa belə, mövsümü lider kimi başa vuracaq. Çünki ikinci pillədə qərarlaşan RFS-in hazırda 60 xalı var.

Qeyd edək ki, bu, Riga-nın həm bütövlükdə, həm də ardıcıl üçüncü çempionluğudur. 2014-cü ildə yaradılmış bu klub 2018 və 2019-cu illər mövsümünün də qalibi olub.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
21434 səs