06/01/2021
15:55
215
| A A A
Bakı Dünya Kubokuna ev sahibliyi edəcək

Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) 2021-ci ilin yarışlarının təqvimini təsdiqləyib.

Goal.az xəbər verir ki, Azərbaycan növbəti dəfə Dünya Kubokuna ev sahibliyi edəcək.

Bakıda güllə və stend atıcılığı üzrə mərhələ yarışı təşkil olunacaq. Turnir iyunun 21-dən iyulun 2-dək keçiriləcək.

Qeyd edək ki, Bakı və Qəbələ dəfələrlə Dünya Kuboku yarışlarının ev sahibi olub.
 

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24208 səs