07/01/2021
19:57
1079
| A A A
Bekhem baş məşqçini istefaya göndərdi

ABŞ-ın İnter Miami komandasının baş məşqçisi Dieqo Alonso istefaya göndərilib.

Goal.az xəbər verir ki, uruqvaylı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

46 yaşlı Alonso klubun yarandığı 2019-cu ildən ona başçılıq edirdi. Komanda 2020 mövsümündə çıxış etdiyi Şərq konfransını 7 qələbə, 3 heç-heçə və 13 məğlubiyyətlə 10-cu pillədə başa vurub.

Qeyd edək ki, İnter Miami klubunun sahibi və prezidenti İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhemdir.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24208 səs