Real Madrid-də Zidan həyəcanı
Real Madrid İspaniya La Liqasının XVIII turunda Osasuna ilə oyunu baş məşqçisiz keçirə bilər.
Goal.az xəbər verir ki, buna səbəb “kral klubu”nun çalışdırıcısı Zinəddin Zidanın koronavirusa yoluxma riskinin olmasıdır.
Belə ki, o, klubun bugünkü məşqində də iştirak etməyib. Zidan koronavirusa yoluxmuş biri ilə yaxın təmasda olduğu üçün tədbir məqsədilə karantinə alınıb.
Qeyd edək ki, hazırda test verən baş məşqçinin nəticələri gözlənilir.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR