08/01/2021
13:22
1516
| A A A
Ötən il penaltidən ən çox qol vuran futbolçular açıqlandı

2020-ci ildə Avropanın top-5 liqasında penaltidən ən çox fərqlənən futbolçular bəlli oldu.

Goal.az "Transfermarkt.de" saytına istinadən xəbər verir ki, ilk pillədə İtaliyanın Juventus klubunun futbolçusu Kriştiano Ronaldo yer alıb.

35 yaşlı portuqaliyalı hücumçu il ərzində penaltidən 17 qol vurub. İngiltərənin Manchester United klubunun yarımmüdafiəçisi Brunu Fernandeş 15 qolla ikinci, İtaliya Latsio-sunun forvardı Çiro İmmobille isə 14 qolla üçüncü pillədə qərarlaşıb.

Barcelona-nın ulduz futbolçusu Lionel Messi 2020-ci ildə penaltidən 9 dəfə fərqlənib. Argentinalı oyunçu bu göstəricəyə görə 5-9-cu pillələri bölüşdürür.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24355 səs