La Liqa komandası 16 il sonra rekordunu yenilədi
İspaniya La Liqasının XVIII turunda Celta üzərində 4:0 hesablı səfər qələbəsi Villarreal üçün əlamətdar olub.
Goal.az xəbər verir ki, bu, komandanın tarixinə ölkə çempionatında 3-cü ən böyük hesablı səfər qalibiyyəti kimi düşüb. .
Klub sonuncu dəfə 2005-ci ildə rəqibi 4 cavabsız qolla məğlub etmişdi.
Qeyd edək ki, Unay Emerinin başçılıq etdiyi komanda 18 turdan sonra 32 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Bizi hansı ölkədən izləyirsiniz?
AZƏRBAYCAN
TÜRKİYƏ
RUSİYA
DİGƏR