12/01/2021
16:55
1664
| A A A
Barcelona-da prezident namizədlikdən çəkildi

Barcelona-da prezidentliyə namizədlərdən Aqusti Benedito seçkilərdə iştirak etməyəcək.

Goal.az xəbər verir ki, funksioner kifayət qədər səs toplaya bilmədiyi üçün bu addımı atıb.

Beneditonun namizədliyini geri götürməsindən sonra bu vəzifəyə iddialı 3 nəfər qalıb. Bunlar Xuan Laporta, Viktor Font və Luis Fernandezdir.

Qeyd edək ki, Kataloniya təmsilçisində prezident seçkiləri yanvarın 24-də keçiriləcək.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
24208 səs