Bu ilin fevralında Qətərdə təşkil olunacaq klublararası dünya çempionatının püşkatma mərasimi keçirilib.
Goal.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində baş tutan tədbirdə 1/4 final, yarımfinal və finalda üz-üzə gələcək cütlüklər müəyyənləşib.
UEFA Çempionlar Liqasının son qalibi olan Bayern Münich mübarizəyə yarımfinaldan başlayacaq. Həmçinin Libertadores Kubokunun qalibi (Braziliyanın Palmeiras və ya Santos klubu) də birbaşa bu raunda vəsiqə qazanacaq.
4 fevral
1/4 final mərhələsi
Tigres (Meksika) - Ulsan (Cənubi Koreya)
Al-Duhail (Qətər) - Al-Ahli (Misir)
Yarımfinal
7 fevral
Libertadores kubokunun qalibi - Tigres / Ulsan cütünün qalibi
8 fevral
Bayern Münich - Al-Duhail / Al-Ahli cütünün qalibi
Final
11 fevral
Qeyd edək ki, turnirin son qalibi İngiltərənin Liverpool klubudur.