10/02/2021
14:28
410
| A A A
AFFA və digər assosiasiyalar UEFA-nın təklifi ilə razılaşdı

UEFA-ya üzv olan 55 assosiasiya Çempionlar Liqasında 2024-cü ildən tətbiq ediləcək yeni format barədə razılığa gəlib.

Goal.az xəbər verir ki, bu məsələ fevralın 9-da bütün UEFA-ya üzv assosiasiyaların nümayəndələrinin iştirakı və qurumun prezidenti Aleksander Çeferinin rəhbərliyi ilə keçirilən videokonfransda müzakirə edilib.

Danışıqlar müsbət yekunlaşıb və heç kim qərara qarşı çıxmayıb. Yeni formatın aprel ayında təsdiqlənəcəyi gözlənilir.

Qeyd edək ki, Çempionlar Liqasındakı yeni formata əsasən, komanda sayı 32-dən 36-yadək arta bilər. Komandaların qruplara bölünməsinin ləğvi təklif edilir. Əvəzində turnir İsveçrə sistemi ilə oynanılacaq. Beləliklə, hər klub fərqli rəqiblərə qarşı ən azı 10 matç (5 evdə, 5 səfərdə) keçirəcək. Bundan sonra isə turnir cədvəli formalaşacaq. İlk 8 klub birbaşa 1/8 finala yüksələcək. Digər komandalar isə növbəti mərhələyə yüksəlmək üçün yenidən mübarizə aparacaqlar.(report)

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs