Dünya çempionatı: Bürünc medalların sahibi müəyyənləşdi
Qətərdəki klublararası dünya çempionatında 3-cü yer uğrunda oyun keçirilib.
Goal.az xəbər verir ki, bürünc medallar uğrunda görüşdə Misirin Al-Ahli və Braziliyanın Palmeiras komandaları üz-üzə gəliblər.
Matçın əsas vaxtı qolsuz başa çatdığından qalibi müəyyənləşdirmək üçün birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq (3:2) oynayan Afrika təmsilçisi 3-cü yerin sahibi olub.
Qeyd edək ki, turnirin final matçı bu gün Almaniya Bayern-i ilə Meksika Tigres-i arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR