Kresponun yeni klubu müəyyənləşdi
Dörd gün əvvəl Argentinanın Defensa y Justisia komandasından ayrılmış Ernan Kresponun yeni klubu müəyyənləşib.
Goal.az xəbər verir ki, 46 yaşlı mütəxəssis Braziliyanın San-Paulo klubuna baş məşqçi təyin olunub. Məlumatı klubun rəsmi saytı yayıb.
Argentinalı bu vəzifədə fevralın 1-də istefaya göndərilmiş Fernando Dinizi əvəzləyib.
Qeyd edək ki, Ernan Krespo daha əvvəl İtaliyada Parma və Modena, həmçinin ölkəsində Banfield-in gənclər komandasına da başçılıq edib.
Saytda ən çox izlədiyiniz bölmə hansıdır?
XƏBƏRLƏR
VİDEO İCMALLAR