17/02/2021
14:54
1668
| A A A
Argentinalı dünya çempionu vəfat etdi

Argentina milli komandasının sabiq hücumçusu Lepoldo Luke vəfat edib.

Goal.az xəbər verir ki, 71 yaşlı keçmiş futbolçu infarkt keçirib. Luke daha əvvəl koronavirusa yoluxduğu üçün xəstəxanada müalicə alırdı.

Luke Argentina yığmasında 45 oyuna 22 qol vurmuşdu. O, yığma ilə DÇ-1978-in qalibi olub. Hücumçu River Plate komandası ilə 5 dəfə də Argentina çempionu adını qazanıb.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19922 səs