20/02/2021
13:53
1271
| A A A
Fransa millisinin sabiq üzvü karyerasını bitirdi

Fransa yığmasının sabiq yarımmüdafiəçisi Yohan Kabay karyerasını başa vurub.

Goal.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, 17 illik karyerasına son qoyduğunu bəyan edib. Kabay bu müddət ərzində ona dəstək olan hər kəsə təşəkkür edib.

Qeyd edək ki, Yohan Kabay Fransada Lille, PSG, Saint-Ettienne, İngiltərədə Newcastle United, Crystal Palace və Birləşmiş Ərəb Əmirliklərində Al-Nasr-in formasını geyinib.

Fransa yığmasında 38 matça çıxan futbolçu, 4 qola imza atıb. Üç dəfə Fransa çempionu olan Kabay, iki dəfə ölkə kubokunda, bir dəfə də Liqa kubokunda çempionluq sevinci yaşayıb.

Saytda ən çox izlədiyiniz bölmə hansıdır?

XƏBƏRLƏR
%
VİDEO İCMALLAR
%
19923 səs