Braziliya çempionatının qalibi bilindi
Braziliya A Seriyasında sonuncu - XXXVIII turun oyunları keçirilib.
Goal.az xəbər verir ki, bu matçlardan sonra çempionun adına aydınlıq gəlib.
Flamengo San-Paulo-yya 1:2 hesabı ilə uduzmasına baxmayaraq, qızıl medallara sahib çıxıb. Səbəb onun ən yaxın izləyicisi İnternacional-ın Corinthians-la qolsuz heç-heçə etməsidir.
Flamengo 71 xalla birinci, İnternacional 70 xalla ikinci yeri tutub. Atletico isə 68 xalla bürünc medallara yiyələnib.
Çempionlar Liqasını kim qazanacaq?
PSG
MANCHESTER CITY
REAL MADRID
CHELSEA