26/03/2021
13:28
2322
| A A A
Braziliyada baş məşqçilərlə bağlı tarixi qərar

Braziliya Futbol Federasiyası A Seriyasında klub çalışdıran baş məşqçilərlə bağlı yeni qərar qəbul edib.

Goal.az xəbər verir ki, yeni mövsümdən etibarən A Seriyası klubları bir mövsümdə iki dəfə baş məşqçisini dəyişə bilər.

Bu barədə Braziliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bundan başqa, bir məşqçi də eyni mövsüm ərzində cəmi iki komandada çalışa bilər.

Baş məşqçi limitini keçən klublar isə mövsümü müvəqqəti məşqçi ilə tamamlamalıdır. Komandaya müvəqqəti rəhbərlik edəcək məşqçi isə klubda azı 6 ay işləmiş biri olmalıdır.

Braziliya A Seriyasında yeni mövsüm avqust ayında başlayacaq.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15562 səs