27/03/2021
19:51
1194
| A A A
Slovakiyada ilin ən yaxşıları bilindi

Slovakiyada 2020-ci ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az xəbər verir ki, İnter-də çıxış edən Milan Şkrinyar ötən ilin ən yaxşısı seçilib.

Bu barədə Slovakiya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 26 yaşlı mərkəz müdafiəçisi ölkəsində ilin ən yaxşı kişi futbolçusu elan olunub. O, səsvermədə 292 səslə birinci yeri tutub.

İkinci yeri İtaliyanın digər klubu Parma-da forma geyinən Yuray Kuçka tutub. O, 247 səs toplaya bilib. Üçüncü pillədə isə Slovakiya futbolunun ən tanınmış üzvlərindən biri olan Marek Hamşik qərarlaşıb – 239 səs.

Ötən ilin ən yaxşı məşqçisi isə Gürcüstan yığmasının sabiq çalışdırıcısı Vladimir Vayss seçilib – 39 xal. 56 yaşlı mütəxəssis 2016-2020-ci illər aralığında Gürcüstan millisində çalışıb.

İkinci pillədə qərarlaşan Bratislava Slovan-ının baş məşqçisi Yan Kozak, Vayssdan cəmi bir xal az toplayıb – 38. İlk üçlüyü Gilina-ya rəhbərlik edən Pavol Stano qapayıb – 25 xal.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15554 səs