07/04/2021
13:26
895
| A A A
Koronavirusa yoluxan futbolçu karantinə əməl etmədi, qəzaya düşdü

Palmeiras klubunun futbolçusu Luis Adriano koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, bu barədə 34 yaşlı hücumçunun özü instaqram hesabı vasitəsilə açıqlama verib.

O, aprelin 1-də testinin müsbət çıxdığını bildirib: "Hazırda xəstəliyin əlamətləri yoxdur. Ancaq özümü təcrid etmək məcburiyyətində qaldım. Bu qaydaya məhəl qoymadım və aprelin 5-də anamı götürmək üçün supermarketə getdim. Lakin avtomobildən düşmədim. Hər zaman tibbi maska taxıram".

Adriano avtodayanacaqda velosipedçi ilə toqquşaraq qəzaya düşdüyünü vurğulayıb: "Evdən çıxmamalı idim, səhv etdiyimi anlayıram".(report)

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13778 səs