09/09/2021
17:24
2287
| A A A
Türkiyə millisinin sabiq futbolçusu karyerasını bitirdi

Türkiyə milli komandasının və Beşiktaş-ın sabiq futbolçusu Olcay Şahan karyerasını bitirib.

Goal.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi tvitter hesabında paylaşım edib. O, futbolçu karyerasını bitirməyi qərara aldığını bildirib.

Son klubu Yeni Malatyaspor olan Şahan, karyerası ərzində Türkiyədə Beşiktaş, Trabzonspor, Denizlispor, Almaniyada Fortuna Düsseldorf, Bayer Leverkusen, Borussia Monchengladbach kimi komandalarda çıxış edib. O, Türkiyə yığmasında 29 oyuna çıxıb.