10/09/2021
11:23
2020
| A A A
Məşhur məşqçi karyerasını bitirdi

Məşhur məşqçi Qus Hiddink karyerasını başa vurub.

Goal.az xəbər verir ki, niderlandlı mütəxəssis bunu öz açıqlamasında deyib.

75 yaşlı məşqçi koronavirus pandemiyası səbəbindən son vaxtlar aktiv fəaliyyətdə olmadığını bildirib. O, Dik Advokat kimi etməyəcəyini, futboldan birdəfəlik getdiyini bildirib.

Qeyd edək ki, Hiddink Niderland, Cənubi Koreya, Türkiyə və Rusiya yığmalarını çalışdırıb. O həmçinin, PSV, Fenerbahçe, Valencia, Real, Chelsea və Anzhi klublarının da baş məşqçisi olub.