13/09/2021
16:58
4701
| A A A
Mourinyo 1000-ə çatdı

Roma İtaliya A seriyasının 3-cü turunda Sassuolo-nu məğlub edib.

Goal.az xəbər verir ki, bu qarşılaşma paytaxt klubunun çalışdırıcısı Joze Mourinyo üçün əlamətdar olub. Portuqaliyalı mütəxəssis baş məşqçi kimi 1000-ci oyununa çıxıb.

2000-ci ildən məşqçiliyə başlayan Mourinyo 1000 matçda 638 qələbə qazanıb. 58 yaşlı mütəxəssis 204 heç-heçə edib və 158 dəfə də məğlub olub.

Qeyd edək ki, Mourinyo karyerası ərzində Portuqaliyada Benfica, Leiria, Porto, İngiltərədə Manchester United, Chelsea, Tottenham, İtaliyada İnter, İspaniyada Real Madrid kimi klublarda çalışıb.