12/10/2021
20:58
1251
| A A A
Ölkə prezidenti stadiona buraxılmadı

Braziliya prezidenti Jair Bolsonaro ölkə çempionatında keçirilən Santos – Gremio matçına (1:0) buraxılmayıb.

Goal.az xəbər verir ki, buna ölkə rəhbərinin koronavirusa qarşı peyvənd vurdurmaması səbəb olub.

Bolsonaro daha əvvəl vaksin olunmayanların tribunalara buraxılmasını qadağan edən sərəncam imzalamışdı.

Ölkə başçısı bir müddət əvvəl ictimai yerdə maska taxmadığı üçün cərimələnmişdi.(matc)