14/10/2021
10:40
1144
| A A A
Krespo istefaya göndərildi

Braziliyanın San-Paulo klubu baş məşqçisi Ernan Krespo ilə yollarını ayırıb.

Goal.az xəbər verir ki, komandanın uğursuz nəticələri 46 yaşlı məşqçinin göndərilməsinə səbəb olub.

Argentinalı mütəxəssis bu ilin fevralında San-Paulo ilə 2 illik müqavilə imzalamışdı. Onun komandası hazırda 29 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.