17/11/2021
22:24
8454
| A A A
Messi ilin futbolçusu seçildi

Argentina millisinin və PSG-nin hücumçusu Lionel Messi ilin futbolçusu seçilib.

Goal.az xəbər verir ki, 34 yaşlı forvard Goal nəşrinin versiyasına əsasən bu ada yiyələnib. O, oxucuların səsverməsi nəticəsində qalib elan olunub. Messi 14 milyondan çox səs toplayıb.

İkinci pilləni Manchester United klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo, 3-cü yeri isə Almaniya Bayern Münich-in polşalı hücumçusu Robert Levandovski tutub.