22/11/2021
20:52
4672
| A A A
Levandovski ilin futbolçusu seçildi

Polşa millisinin və Bayern Münich-in hücumçusu Robert Levandovski 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.

Goal.az xəbər verir ki, 33 yaşlı forvard Tuttosport nəşrinin versiyasına əsasən bu ada yiyələnib. O, veteran oyunçuların səsverməsi nəticəsində qalib elan olunub. Səsvermədə Pavel Nedved, Andrey Şevçenko, Lotar Matteus, Xristo Stoiçkov, Samuel Eto O, Alessandro Kostakurta və Ruy Koşta kimi ulduz futbolçular iştirak ediblər.

İkinci yeri Chelsea-nin yarımmüdafiəçisi Jorjinyo tutub. Argentina yığmasının və PSG-nin forvardı Lionel Messi isə 3-cü olub.