25/11/2021
16:37
7353
| A A A
Levandovski ilin futbolçusu seçildi — RƏSMİ

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən, Polşa millisinin və Bayern Münich-in futbolçusu Robert Levandovski 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.

Goal.az xəbər verir ki, o, 150 xal yığıb. Lionel Messi (Argentina, PSG) 105 xalla 2-ci, Jorjinyo (İtaliya, Chelsea) 40 xalla 3-cü olub.

IFFHS-in versiyasına əsasən ilk 10-luq belədir:

1. Robert Levandovski (Polşa, Bayern Münich) – 150 səs

2. Lionel Messi (Argentina, Barcelona/PSG) - 105

3. Jorjinyo (İtaliya, Chelsea) - 40

4. Kevin De Bruyne (Belçika, Manchester City) - 35

5-6. Məhəmməd Salah (Misir, Liverpool) - 20

5-6. Kilian Mbappe (Fransa, PSG) - 20

7. Kriştiano Ronaldo (Portuqaliya, Juventus/Manchester United) - 15

8-9. Nqolo Kante (Fransa, Chelsea) - 10

8-9. Canluici Donnarumma (İtaliya, Milan/PSG) - 10

10. Erlinq Holand (Norveç, Borussia Dortmund) - 5