"Qızıl top"un qalibi müəyyənləşdi
"France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının qalibi müəyyənləşib.
Goal.az xəbər verir ki, bu mükafata Fransanın PSG klubunun hücumçusu Lionel Messi layiq görülüb.
Argentinalı forvard karyerası ərzində 7-ci dəfə sözügedən titula sahib çıxıb.
Bayern Münich-in polşalı forvardı Robert Levandovski 2-ci, Chelsea-nin italiyalı yarımmüdafiəçisi Jorjinyo 3-cü yeri tutub. Manchester United-də çıxış edən Kriştiano Ronaldo isə 6-cı olub.
When Luis Suarez gives the #ballondor to Messi! pic.twitter.com/uUHhMgtVfR
— Ballon d'Or #ballondor (@francefootball) November 29, 2021