30/11/2021
11:53
3275
| A A A
Messi səsvermədə Levandovskini neçə xal qabaqlayıb?

Ötən gecə "Qızıl top" mükafatına layiq görülən PSG-nin futbolçusu Lionel Messinin səsvermədə topladığı xalların sayı açıqlanıb.

Goal.az xəbər verir ki, 34 yaşlı hücumçu 613 xalla birinci olub. O, Bayern Münich-də çıxış edən ən yaxın rəqibi Robert Levandovskini 33 xal qabaqlayıb. Polşalı oyunçu 580 xal toplayıb və 2-ci olub.

Chelsea-nin italiyalı yarımmüdafiəçisi Jorjinyo 460 xalla üçüncü yeri tutub. Manchester United-dən Kriştiano Ronaldo isə 178 xalla 6-cı yerə layiq görülüb.