17/01/2022
23:40
5204
| A A A
2021-ci ilin ən yaxşı futbolçusu seçildi

FİFA-nın 2021-ci ilin ən yaxşı futbolçusuna verdiyi "The Best" mükafatının sahibi müəyyənləşib.

Goal.az xəbər verir ki, Polşa millisinin və Bayern Münich-in hücumçusu Robert Levandovski ötən ilin ən yaxşı oyunçusu seçilib. O, səsvermədə Lionel Messi (PSG) və Məhəmməd Salahı (Liverpool) qabaqlayıb. 33 yaşlı oyunçu ardıcıl ikinci dəfə bu mükafata layiq görülüb.

Levandovski 69 qolla 2021-ci ilin ən yaxşı bombardiri olub. Polşalı futbolçu ötən mövsüm Almaniya çempionu və Almaniya Superkubokunun sahibi olub.

Barcelona-nın oyunçusu Aleksiya Putelyas isə ilin ən yaxşı qadın futbolçusu seçilib.