Azərbaycan çempionatının mükafatçısı Yunanıstanda işləyəcək
Qəbələ-nin əvəzedici komandasının sabiq baş məşqçisi Darill Villard Yunanıstanın Episkopi klubunun sükanı arxasına keçib.
Goal.az xəbər verir ki, 39 yaşlı ingiltərəli mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, yeni vəzifəsində Yasminko Veliçi əvəzləyib.
Qeyd edək ki, Daril Villard 2010 - 2012-ci illərdə Qəbələ-yə rəhbərlik edib. Kollektiv onun rəhbərliyi altında əvəzedicilərin çempionatında bürünc və gümüş medallara sahib çıxıb. (report)