Qəbələ-nin sabiq məşqçisi Yunanıstan klubunda
Qəbələ-nin əvəzedici komandasının sabiq baş məşqçisi Darill Villard Yunanıstanın Episkopi klubunun “sükanı arxası”na keçib.
Goal.az xəbər verir ki, bu barədə 2-ci Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
39 yaşlı ingiltərəli mütəxəssislə 1 illik müqavilə imzalanıb. O, yeni vəzifəsində Yasminko Veliçi əvəzləyib.
Daril Villard 2010-2012-ci illərdə Qəbələ-yə rəhbərlik edib. Kollektiv onun rəhbərliyi altında əvəzedicilərin çempionatında bürünc və gümüş medallara sahib çıxıb.