Benzema Ronaldonun rekordunu təkrarladı
Real Madrid-in hücumçusu Kərim Benzema Çempionlar Liqasının 1/2 final mərhələsində Manchester City-ə qarşı oyunda (3:1) fərqlənməyi bacarıb.
Goal.az xəbər verir ki, bu qol fransız futbolçunun cari mövsümdə Çempionlar Liqasının "pley-off" matçlarında 10-cu qolu olub. Beləliklə, Benzema Ronaldonun rekordunu təzələyib.
Qeyd edək ki, Kriştiano Ronaldo Real Madrid-in heyətində 2016/17 mövsümündə "pley-off" mərhələsində 10 qol vurmağı bacarmışdı.