06/05/2022
10:47
3211
| A A A
Qvardiola antirekorda imza atıb

Manchester City-nin baş məşqçisi Xosep Qvardiola antirekorda imza atıb.

Goal.az xəbər verir ki, Manchester City Çempionlar Liqasının yarımfinal mərhələsində Real Madrid-ə məğlub olaraq mübarizəni dayandırıb. Beləliklə, Qvardiola məşqçilik karyerasında 6-cı dəfə Çempionlar Liqasının yarımfinalında uduzub.

Qeyd edək ki, daha öncə bu antirekord Joze Mourinyoya məxsus idi.