Portuqaliya çempionu müəyyənləşdi
Portuqaliya çempionatının qalibi məlum olub.
Goal.az xəbər verir ki, 33-cü turda Benfica-nı 1:0 hesabıyla məğlub edən Porto sona 1 tur qalmış qızıl medalları təmin edib.
Porto sayca 30-cü ölkə çempionluğunu qazanıb. Serjio Konseysaonun rəhbərlik etdiyi kollektiv Premyer Liqada 88 xalla liderdir və ən yaxın izləyicisi Sporting-i 6 xal qabaqlayır.