Messidən antirekord
PSG-nin hücumçusu Lionel Messi öz şəxsi antirekordunda imza atıb.
Goal.az xəbər verir ki, argentinalı dünya ulduzu bu mövsüm Liqa 1-də qapı tiri və dirəyinə ən çox zərbə vuran futbolçudur. Messi 10 dəfə bu şanssızlığı yaşayıb.
Qeyd edək ki, Messi bu mövsüm PSG-nin heyətində 23 oyuna çıxıb, 4 qol vurub və 13 məhsuldar ötürmə edib.