Şotlandiya çempionu müəyyənləşdi
Şotlandiya çempionatında bu mövsümün qalibi müəyyənləşib.
Goal.az xəbər verir ki, Celtic cari mövsümün ən güclüsü olub. Komanda pley-offda Dundee United-lə heç-heçə edib – 1:1. Bu nəticədən sonra xalını 90-a yüksəldən Celtic çempionatın bitməsinə bir tur qalmış çempionluğu rəsmiləşdirib.
Beləliklə, komanda tarixində 52-ci dəfə ölkə çempionu olub.